Gəncə avtomatik telefon stansiyalarının sayına görə Respublika üzrə ikinci yerdədir.
Gencexeber.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, şəhər ərazisində quraşdırılmış bu avadanlıqların sayı 138-ə bərabərdir. DSK tərəfindən təqdim edilən siyahıya Bakı başçılıq edir. Burada fəaliyyətdə olan 162 ATS əhaliyə xidmət edir.
Qeyd edək ki, Ötən ilin sonunda Azərbaycanda mövcud olan ATS-lərin sayı 2 089 olub.