Gəncəli şahmatçı Ülviyyə Fətəliyeva Budapeştdə təşkil edilən 45-ci Ümumdünya Şahmat Olimpiadasında mübarizəni davam etdirir.
Gencexeber.az Şahmat Federasiyasına istinadən məlumat verir ki, V turda qadınlardan ibarət Azərbaycan yığması Ukrayna şahmatçılarıyla qarşılaşıb.
Ü.Fətəliyeva Anna Uşeninaya qarşı mübarizə aparıb. Görüş heç-heçə başa çatıb.
Qeyd edək ki, Azərbaycan-Ukrayna qarşılaşması 2:2 hesablı bərabərliklə başa çatıb.