top
Gəncəli qazi: “Düşündüm ki, 3-4 dəqiqə ömrüm qalıb”
27 sentyabr 2024, 15:32
- ↺ +

Gəncəli qazi: “Düşündüm ki, 3-4 dəqiqə ömrüm qalıb”

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

 

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı hərbi təxribatlarına cavab olaraq ordumuz uğurlu əks-həmlə əməliyyatına başladı. 30 ilə yaxın bir müddət ərzində işğal altında olan torpaqlarımız azad edilərək Azərbaycanın ərazi bütövlüyü bərpa edildi.

44 gün davam edən müharibənin şanlı qələbə ilə nəticələnməsində əvəzsiz rolu olanlardan biri də gəncəli Tahir İlqar oğlu Hüseynovdur. 1990-cı ildə Gəncədə dünyaya gələn Tahir Xüsusi Təyinatlı Qüvvələrin qazisidir.

Gencexeber.az müharibəyə gedərkən 3 və 7 yaşlı övladlarını vətənə əmanət qoyan Tahir Hüseynovla müsahibəni təqdim edir:

– Necə oldu döyüşlərə qatıldınız?

- Döyüşlərdən öncə təlimlərə, məşqlərə, eləcə də Türkiyədə kurslara cəlb edilmişdim.

Vətən müharibəsinin ilk günündən, sentyabrın 27-dən döyüşlərə qatıldım. Ermənistan silahlı qüvvələrinin təxribatının qarşısını almaq məqsədilə Kəlbəcər istiqamətində əks-hücuma keçmək tapşırığı aldıq. Əmri yerinə yetirilərkən bir neçə post alındı. Orada əməliyyat bitdikdən sonra Füzuli, Cəbrayıl və Hadrut qəsəbəsi istiqamətinə göndərildik.

[caption id="attachment_66046" align="alignnone" width="696"]Gəncəli qazi: “Düşündüm ki, 3-4 dəqiqə ömrüm qalıb” Foto Gencexeber.az[/caption]

– Hansı ərazilərin azad olunmasında iştirak etmisiniz?

- Kəlbəcər, Füzuli, Cəbrayıl və Xocavənd rayonları, həmçinin Hadrut qəsəbəsi uğrunda gedən döyüşlərdə iştirak etmişəm. Sadaladığım bölgələrin azad olunmasına görə, eləcə də “Vətən uğrunda” və “İgidliyə görə” medalları ilə təltif edilmişəm.

[caption id="attachment_66042" align="alignnone" width="696"]Gəncəli qazi: “Düşündüm ki, 3-4 dəqiqə ömrüm qalıb” Foto Gencexeber.az[/caption]

– Düşmən qüvvələri ilə ağır toqquşmalarda iştirak etmisiniz. Şəhid və ya qazi olacağınız barədə düşünürdünüz? 

- Bəli, çünki biz sızma əməliyyatları çərçivəsində düşmənin canlı qüvvəsinin və təminatının cəbhə bölgəsinə gəlib çıxmaması üçün döyüşlərdə iştirak edirdik. Bunun üçün tez-tez açıq döyüşlərə girirdik. Olduğumuz yaşayış məntəqəsini azad etdikdən sonra növbəti əraziyə mərhələli şəkildə keçirdik. Əlbəttə ki, şəhid və ya qazi olmaq ehtimalının yüksək olduğunu anlayırdıq.

[caption id="attachment_66049" align="alignnone" width="696"]Gəncəli qazi: “Düşündüm ki, 3-4 dəqiqə ömrüm qalıb” Foto Gencexeber.az[/caption]

– Harada və necə yaralandınız?

- Bu, Hadrut qəsəbəsi uğrunda gedən döyüşlər zamanı baş verdi. Oktyabrın 10-u saat 18:00 radələrində şəhər döyüşləri zamanı altı ermənini vurdum, arxadan gələn yeddincisi isə məni yaraladı. Güllənin biri əlimə, digərləri isə qıçıma və başıma dəydi.

Döyüş zonasını tərk etmək üçün ermənilərin qəsəbə ərazisində buraxdıqları “Toyota Prado” markalı avtomobilindən istifadə etdim. Şəhidlik zirvəsinə ucalan 4 nəfərin nəşini qoydum maşına, yanımda daha bir yaralı ilə yollandıq Füzuliyə tərəf. Orada bizi hərbçilərimiz qarşıladı və təcili tibbi yardım avtomobili ilə hospitala çatdırıldıq.

[caption id="attachment_66048" align="alignnone" width="696"]Gəncəli qazi: “Düşündüm ki, 3-4 dəqiqə ömrüm qalıb” Foto Gencexeber.az[/caption]

– Yaralandığınız barədə ailənizə məlumat vermişdiniz?

- Xəstəxanada olanda ailə üzvlərimi həyəcanlandırmamaq üçün istirahətə gəldiyimi desəm də, yaralı olduğumu anlamışdılar.

[caption id="attachment_66044" align="alignnone" width="696"]Gəncəli qazi: “Düşündüm ki, 3-4 dəqiqə ömrüm qalıb” Foto Gencexeber.az[/caption]

– Fikrinizcə, ən ağır döyüşlər harada baş vermişdir?

- Ən qızğın toqquşmalar Hadrutun içində oldu. Hərbi hissəyə basqın etdik. Orada düşmənin canlı qüvvəsi çox sayda idi. Cəbhəyə gedə bilməsinlər deyə, qarşılarını orada almağa çalışırdıq.

[caption id="attachment_66050" align="alignnone" width="696"]Gəncəli qazi: “Düşündüm ki, 3-4 dəqiqə ömrüm qalıb” Foto Gencexeber.az[/caption]

– Qələbə xəbəri alanda hansı hissləri keçirdiniz?

- Həmin an mən Bakıda müalicə alırdım. Ali baş komandan İlham Əliyevin xalqa müraciətini izlədim və çox sevindim. Səhər isə xəstəxanaya gələn vətəndaşlarla qələbə bayramını qeyd etdik.

– Qarabağdan qayıdışınızı necə gözləyirdiniz?

- Yalnız qələbə ilə qayıda bilərdim. Gəncəyə şəhid olaraq da, qazi olaraq da qayıda bilərdim. Lakin getdiyim yolun sonu yalnız qələbə olmalı idi.

– Döyüşdə olan zaman unuda bilmədiyiniz hansı xatirələriniz var?

- Başıma güllə dəyəndə, qulağımda bərk cingilti əmələ gəldi. Əlimi başıma vurdum, gördüm qan gəlir. Göyə baxdım, düşündüm ki, 3-4 dəqiqə ömrüm qalıb. Həmin vaxt gözümün qarşısına uşaqlarım gəldi… Şükürlər olsun, həyatda qaldım.

– Ötən il lokal antiterror əməliyyatı keçirildi. Həmin hadisələr cərəyan edəndə sizdə döyüşlərə qatılmaq istəyi yaranmışdı?

- Bəli, qatılmaq istəyərdim. Hətta mənim qardaşım mayor Mahir Hüseynov sözügedən əməliyyatlarda iştirak etmişdi. Sosial şəbəkələrdə onun şəhid olmasına dair məlumat da yayılmışdı. Dərhal biz, bütün qohum-əqrəba yollanmışdıq morqa. İki gün gözləyəndən sonra məlum oldu ki, Mahir yaralansa da, sağdı.

O, həm də Vətən müharibəsi qazisidir. Qırmızı Bazar ərazisində qazi olmuşdur.

[caption id="attachment_66045" align="alignnone" width="696"]Gəncəli qazi: “Düşündüm ki, 3-4 dəqiqə ömrüm qalıb” Foto Gencexeber.az[/caption]

– Vətən Müharibəsindən sonra həyatınızda hansı dəyişikliklər oldu?

- Mən, “Uğur 052” MMC armatur istehsalı zavodunun həm təsisçisi, həm də rəhbəriyəm. Müharibədən sonra müəssisəni açmışam, elə bu işlə də məşğulam. Prezident İlham Əliyevin tapşırığı ilə Sosial Müdafiə Nazirliyi tərəfindən Gəncədə evlə təmin edilmişəm, sosial müavinət da alıram.

– Son olaraq nə demək istəyərdiniz?

- Şəhidlərimiz və döyüş yoldaşlarım ağlımdan çıxmır. Birgə xidmətimizi və qarşılaşdığımız çətinlikləri unutmaq istəmirəm.

Həyatda qalanların canı sağ olsun, dünyasını dəyişən igidlərimizə Allahdan rəhmət, ailələrinə səbir diləyirəm.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:20

Beş il öncə Ermənistan Gəncəni üçüncü dəfə raket atəşinə tutdu

Tarix
Bu gün, 00:00

8 oktyabr 2020-ci il: Vətən Müharibəsinin 12-ci günü

Bütün xəbərlər
Dünən, 16:51

Gəncədə prokurorluq əməkdaşları üçün nəzərdə tutulan xidməti mənzillər istifadəyə verildi

Bütün xəbərlər
Dünən, 16:38

84 yaşlı kişi ov tüfəngindən açılan atəş nəticəsində ölüb

Bütün xəbərlər
Dünən, 15:28

Gəncədə iki məktəbin yaxınlığında TƏHLÜKƏ

Bütün xəbərlər
Dünən, 14:34

Sabah Gəncədə 26 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 13:29

Gəncədə hər 10 ev təsərrüfatına 7 avtomobil düşür

Bütün xəbərlər
Dünən, 11:19

Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək

Bütün xəbərlər
Dünən, 10:23

Repetitorluq edən müəllim həbs olundu

Bütün xəbərlər
Dünən, 09:58

Qaçaqmalçılıq yolu ilə dərman gətirilməsinin qarşısı alınıb

Bütün xəbərlər
Dünən, 09:12

Gəncədə "islanmaq" üçün nəzərdə tutulan avtobus dayanacağı

Bütün xəbərlər
Dünən, 09:00

Bu rayonda işıq olmayacaq

Bütün xəbərlər
06 oktyabr 2026, 16:57

Həbsdən çıxıb bibisinin evinə basqın etdi

Bütün xəbərlər
06 oktyabr 2026, 12:48

Sabah leysan yağacaq - PROQNOZ

Bütün xəbərlər
06 oktyabr 2026, 11:54

Ötən yay Azərbaycanda son 10 ilin ən isti fəsillərindən olub - RƏSMİ

Bütün xəbərlər
06 oktyabr 2026, 11:17

TƏBİB-in rəhbərliyi ilə işləmək istəmədiyini bildirdi, istefa verdi

Bütün xəbərlər
06 oktyabr 2026, 10:49

ADAU-nun dosenti vəfat edib

Bütün xəbərlər
06 oktyabr 2026, 10:14

Yol verməmək üstündə oğlanlar saçyolduya çıxdılar

Bütün xəbərlər
06 oktyabr 2026, 09:45

DYP sürücülərə müraciət etdi

Bütün xəbərlər
06 oktyabr 2026, 00:01

Vətən müharibəsinin xronikası: 6 oktyabr

Bütün xəbərlər
05 oktyabr 2026, 18:00

Bu vətəndaşların kredit borcu silinəcək

Bütün xəbərlər
05 oktyabr 2026, 14:36

Qayınata kürəkənini bıçaqlayıb

Bütün xəbərlər
05 oktyabr 2026, 13:10

Sabah duman olacaq, yağış yağacaq - PROQNOZ

Bütün xəbərlər
05 oktyabr 2026, 10:46

Gəncədəki kollecin keçmiş direktorları 360 mindən çox pul MƏNİBSƏYMİŞ

Bütün xəbərlər
05 oktyabr 2026, 10:11

Kafedə iki qardaş qan tökdü

Bütün xəbərlər
05 oktyabr 2026, 09:44

Kişi keçmiş həyat yoldaşını uşaq bağçasında bıçaqladı

Bütün xəbərlər
05 oktyabr 2026, 08:00

5 oktyabr – Beynəlxalq Müəllimlər Günüdür

Bütün xəbərlər
05 oktyabr 2026, 00:20

6 il əvvəl Gəncə ikinci dəfə raket atəşinə tutuldu

Oxşar xəbərlər