Azərbaycan millisinin və “Qarabağ”ın müdafiəçisi Abbas Hüseynovun bu gün toyu olacaq.
Sports.аz xəbər verir ki, Abbas Hüseynov “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun qardaşı Musa Qurbanovun qızı ilə ailə həyatı quracaq.
Toy mərasiminin Bakıdakı şadlıq evlərinin birində baş tutacağı bildirilir.
Qeyd edək ki, Abbas Hüseynov 1995-ci ilin iyunun 13-də Gəncə şəhərində dünyaya göz açıb.