Gəncəli güləşçi beynəlxalq turnirdə uğurla çıxış edib.
Gencexeber.az Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinə istinadən məlumat verir ki, Qazaxıstanın paytaxtı Astana şəhərində qrapplinq idman növü üzrə Dünya çempionatı keçirilib. Azərbaycanı təmsil edən Səbuhi Məmmədov “Grappling (no gi)” və “Grappling (gi)” növləri üzrə mübarizə apararıb.
Səbuhi Məmmədov hər iki növ üzrə ikinci yer tutataq gümüş medallara layiq görülüb.