Gəncədə Azərbaycan Teatr Xadimləri İttifaqı (AzTXİ) İdarə Heyətinin ilk regional iclası keçirilib.
Gencexeber.az Gəncə Şəhər İcra Hakimiyyətinə istinadən məlumat verir ki, sözügedən tədbirdə Gəncə Dövlət Milli Dram Teatrının direktoru Aqil Bəhramlı milli teatrın inkişafındakı səmərəli xidmətlərinə görə Azərbaycan Teatr Xadimləri İttifaqı tərəfindən qızıl medala layiq görülüb.
Qızıl medalı Aqil Bəhramlıya Azərbaycan Teatr Xadimləri İttifaqı İdarə Heyətinin sədri, Xalq artisti Hacı İsmayılov təqdim edib.
İclasda AzTXİ-nin İdarə Heyətinin üzvləri və Azərbaycanın digər tanınmış teatr xadimləri iştirak ediblər.
[caption id="attachment_68139" align="alignnone" width="696"]
[/caption]
[caption id="attachment_68138" align="alignnone" width="696"]
[/caption]