Gəncədə yeniyetmə cüdoçularla görüş keçirib.
Gencexeber.az Gəncə-Daşkəsən Regional Gənclər və İdman idarəsinə istinadən məlumat verir ki, qurumun rəisi İntiqam Hüseynov yeniyetmə cüdoçularla görüşüb.
Bildirilib ki, Qərb bölgəsi üzrə U-15 və U-18 yeniyetmə cüdoçular arasında region birinciliyi keçirilib. Turnirdə Dəniz Həbibli +70 kiloqram çəki dərəcəsində II yerə, -36 kiloqram çəki dərəcəsində Hilay Həbibli isə III yerə laiq görülüb.
Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin rəisi İntiqam Hüseynov onlarla görüş keçirərək təşəkkürnamələr təqdim edib.