Gəncədə yaşayış evində yanğın baş verib.
Gencexeber.az Fövqəladə Hallar Nazirliyinə istinadən məlumat verir ki, hadisə şəhər ərazisində qeydə alınıb. Nəticədə ümumi sahəsi 120 m² olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları 47 m² sahədə yanıb.
Hadisə yerinə yanğından mühafizə bölmələri cəlb edilib. Qurumun əməkdaşları alovun qarşısını alaraq evin qalan hissəsini xilas edə biliblər.
Xəsarət alanlar və yanğının baş vermə səbəbi barədə məlumat yoxdur.