Gəncədə media ilə bağlı tədbir təşkil olunub.
Report xəbər verir ki, şəhərdə “Regional Medianın İnkişafı” layihəsi çərçivəsində bölgənin media nümayəndələri ilə görüş keçirilib.
Görüşdə Medianın İnkişafı Agentliyinin (MEDİA) icraçı direktorunun müavini Natiq Məmmədli, Agentliyin digər təmsilçiləri, həmçinin bölgədə fəaliyyət göstərən media nümayəndələri iştirak edib.