Gəncədə bəstəkar və Əməkdar artist Vüqar Camalzadə ilə görüş baş tutub.
Gencexeber.az məlumat verir ki, tədbir Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının təqdim etdiyi "Üzbəüz" layihəsi çərçivəsində keçirilib.
Vüqar Camalzadə tamaşaçıların suallarını cavablandırıb, eləcə də həyat və yaradıcılığından danışıb. Görüşdə Gəncənin mədəniyyət və incəsənət xadimləri, tələbə və gənclər iştirak ediblər.


