Gəncədə yeni doğulan körpə şəhidin adını daşıyacaq.
Shimal.News xəbər verir ki, Gəncədə yerləşən tibb mərkəzində qazi övladı dünyaya göz açıb. Ona Xüsusi Təyinatlı Qüvvələrin baş giziri şəhid Mehrab Niftəliyevin adı verilib.
Qeyd edək ki, Mehrab Söhrab oğlu Niftəliyev 13 may 1985-ci ildə Quba rayonunun Qam-Qam kəndində anadan olub. O, Xüsusi Təyinatlı Qüvvələrin döyüşçüsü kimi Vətənə xidmət edib, 2016-cı il Aprel döyüşlərinin iştirakçısı olub. 44 günlük Vətən müharibəsində noyabrın 8-i Şuşa uğrunda gedən döyüşlərdə şəhid olub.