Gəncədə avtomobilin vurduğu piyadanın 10 gün sonra xəstəxanada ölməsi haqda xəbər vermişdik.
Gencexeber.az-ın əldə etdiyi məlumata görə, hadisə oktyabrın 9-u Bağmanlar adlanan ərazidə baş verib. Belə ki, özəl xəstəxanalardan birinə yerləşdirilən 35 yaşlı Elşad Fərhad oğlu Əsgərovun həyatını xilas etmək mümkün olmayıb.
Redaksiyamız E.Əsgərovun fotosunu təqdim edir.
11:09
Gəncədə avtomobilin vurduğu piyada xəstəxanada vəfat edib.
APA-nın xəbərinə görə, oktyabrın 9-da naməlum avtomobil tərəfindən vurulan şəhər sakini E.Əsgərov ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. O, oktyabrın 18-də müalicə aldığı xəstəxanada ölüb.
Gəncə Şəhər Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində hadisəni törədən “VAZ-2121” markalı avtomobilin sürücüsü A.Zeynalov saxlanılıb.