Gəncənin basketbol klubu cari mövsümdə yeni kapitanın adını açıqlayıb.
Gencexeber.az “Gəncə” BK-ya istinadən məlumat verir ki, bu vəzifəyə millinin üzvü olan 26 yaşlı Elşad Şirzadov təyin olunub. O, klubun yeni transferlərindəndir.
Şirzadov kapitan təyin olunması ilə bağlı klubun mətbuat xidmətinə açıqlama verib:
“Mənə inanan, kapitanlığa layiq görən məşqçilərimizə minnətdaram. Bəslənən ümidləri doğrultmağa çalışacağam. Kapitan kimi həm məşqçilərlə, həm də oyunçularla münasibətim yaxşı olmalıdır. Bunu anlayıram. Meydanda və ondan kənarda üzərimə düşən vəzifələri layiqincə yerinə yetirməyə səy göstərəcəm. Kollektivimizin bir ailə olması üçün əlimdən gələni edəcəm. Qalib gələndə bir olmaq asandır, uduzanda komandanı toparlamaq lazımdır. Məsuliyyətli funksiyam var, bunu başa düşürəm. Kapitan seçildiyim üçün həm də sevincliyəm”.