Milli Məclisin bugünkü plenar iclasında yeni təyinatlara baxılıb.
Report xəbər verir ki, layihəyə əsasən, Şəki Apellyasiya Məhkəməsinin hakimi Günay Cavadova həmin məhkəmənin hakimi vəzifəsindən azad edilərək Gəncə Apellyasiya Məhkəməsinin hakimi təyin olunacaq. Həmçinin Şəki Kommersiya Məhkəməsinin hakimi Rüfət Məcidov vəzifələrinin dəyişdirilməsiylə əlaqədar Gəncə Apellyasiya Məhkəməsinin hakimi təyin edilib.