Yağan intensiv güclü yağıntılar nəticəsində Gədəbəy rayonu ərazisindən axan Şəmkirçaydan sel keçir.
Bu barədə Gencexeber.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Eləcə də qərb bölgəsinin Gəncə şəhərində, həmçinin Daşkəsən, Gədəbəy, Göygöl, Şəmkir, Mingəçevir və Yevlax rayonlarında arabir leysan xarakterli yağış yağır.