Tovuzda qəssəbxanada qayda pozuntuları aşkarlanıb.
Gencexeber.az Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə istinadən xəbər verir ki, qurumun müfəttişləri heyvan kəsimi və ət satışı məntəqələrində yoxlamalar keçiriblər. Nəticədə Tovuz rayonunun İbrahimhacılı kəndində yerləşən məntəqədə nöqsanlar aşkarlanıb.
Mərdan Bahadur oğlu Zeynalova məxsus müəssisədə baytarlıq-sanitariya ekspertizası aparılmadan heyvan kəsimi və ət satışı faktı üzə çıxıb. Bununla bağlı inzibati protokol tərtib edilib.