Daşkəsən rayonunun Xoşbulaq kəndində evdə (səyyar) sosial-məişət xidməti göstərilən ahıllarla görüş keçirilib.
Gencexeber.az Rayon İcra Hakimiyyətinə istinadən məlumat verir ki, tədbir Sosial Xidmətlər Agentliyinin Gəncə-Daşkəsən Regional Filialının təşkilatçılığı ilə ahılların asudə vaxtının səmərəli təşkili üçün təşkil olunub. Burada Daşkəsən rayonunda bu xidmətdən yararlanan ahıl şəxslər iştirak ediblər.
Həssas əhali qruplarından olan şəxslərin cəmiyyətə inteqrasiyası və sosial reabilitasiyası məqsədi daşıyan görüş çərçivəsində iştirakçılar gəzinti, müxtəlif oyun və əyləncəli proqrama cəlb olunublar. Tədbir çay süfrəsi ətrafında səmimi söhbətlərlə davam edib.