Göygöldə baş verən dəhşətli qəzada vəfat edən Qurbanzadə Ramal Azərbaycan Dövlət Aqrar Universitetinin tələbəsi olub.
Gencexeber.az-a bu haqda universitetin mətbuat xidmətindən məlumat verilib.
“Ölən şəxs universitetin 2-ci kurs tələbəsi olub, "İqtisadiyyat" ixtisasında təhsil alırdı. Əslən Göygöl rayonundandır. Universitet heyəti olaraq vəfat edən tələbəmizin ailəsinə başsağlığı veririk. Allah rəhmət eləsin”, - deyə bildirilib.
Qeyd edək ki, bu gün Göygöl rayonunda “Opel” və “VAZ-21015” markalı avtomobillərin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib. Qəza nəticəsində Fariz Məhərrəmov (2006), Xəyal Rzayev (1984) və Heydər Hüseynov (2006) xəsarət alıb.
Sərnişin Ramal Qurbanzadə (2006) isə dünyasını dəyişib.
Humay İsgəndərli