top
Çox yaşamaq üçün gec evlənin - Uzunömürlüdən nəsihət
07 oktyabr 2024, 17:20
- ↺ +

"Çox yaşamaq üçün gec evlənin" - Uzunömürlüdən nəsihət

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

 

Tovuz rayonunun Ağdam kəndində Azərbaycanın ən yaşlı kişi pensiyaçısı yaşayır.

Baku.ws xəbər verir ki, söhbət Fərrux Səməd oğlu Hacıyevdən gedir. Onun 104 yaşı var: 1920-ci ilin 1 yanvarında doğulub. Fərrux kişinin 4 övladı var. Onlardan 3-ü oğlan, 1 qızdır. Ən böyük övladının 64, ən kiçiyinin isə 56 yaşı var. Balaca oğlu I Qarabağ müharibəsində iştirak edib, I qrup əlildir.

Oğlu Qasım Hacıyev deyir ki, atasının yaddaşı bir az zəifləyib, yeriməyində problem var:

"Əsa ilə arada həyətə çıxır. Yanında mən oluram, atama qulluq edirəm. Market malı yemir. Ona ancaq kənd məhsulları verirəm. Gözləri də yaxşı görmür. Ona görə də dünyada baş verən bütün məlumatları mən ona çatdırıram. Vətən müharibəsində hər gün atama azad olunan yerlərin xəbərlərini çatdırırdım. Qardaşımın biri Birinci Qarabağ müharibəsi qazisidir, birinci qrup əlildir. Dedi, şükür, dünyamı dəyişməmiş bu şad xəbəri eşitdim və oğlumun qisasının alındığını bildim. Deyir, dünya düzəlsə də, ermənilərə etibar etməyin". Fərrux babanın 6 nəvəsi, 5 nəticəsi var. Oğul bildirdi ki, atası nəvə və nəticələri səsindən tanıyır.

Fərrux kişinin nəsli uzunömürlüdür. Bunun sirlərindən biri də gec evlənmələridir.

Oğlu Qasım: "Deyir ki, atası, babası da ona məsləhət görüblər ki, gec ailə qursun. Gec evlənsə, ömrü uzun olar. Atamın gec ailə qurmasının digər səbəbi isə II Dünya Müharibəsi olub. Qardaşı 1941-ci ildə həlak olub. Anası atamın da müharibəyə getməməsi üçün ona qaçmağı məsləhət görüb.

Atam bir gün çayda iki kənd uşağı ilə çimirmiş, görüb uzaqdan kimsə gəlir, qaçıb kolda gizlənib. Həmin adam iki gənci müharibəyə aparıb. Onlardan biri qayıdıb, digəri isə yox. Atam da Bakıya gəlib işləyib, fermalarda çobanlıq edib. Qaçaqçılıq adı üstündən götürləndən sonra Tovuza qayıdıb, evlənib".

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 16:51

Gəncədə prokurorluq əməkdaşları üçün nəzərdə tutulan xidməti mənzillər istifadəyə verildi

Bütün xəbərlər
Bu gün, 16:38

84 yaşlı kişi ov tüfəngindən açılan atəş nəticəsində ölüb

Bütün xəbərlər
Bu gün, 15:28

Gəncədə iki məktəbin yaxınlığında TƏHLÜKƏ

Bütün xəbərlər
Bu gün, 14:34

Sabah Gəncədə 26 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
Bu gün, 13:29

Gəncədə hər 10 ev təsərrüfatına 7 avtomobil düşür

Bütün xəbərlər
Bu gün, 11:19

Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək

Bütün xəbərlər
Bu gün, 10:23

Repetitorluq edən müəllim həbs olundu

Bütün xəbərlər
Bu gün, 09:58

Qaçaqmalçılıq yolu ilə dərman gətirilməsinin qarşısı alınıb

Bütün xəbərlər
Bu gün, 09:12

Gəncədə "islanmaq" üçün nəzərdə tutulan avtobus dayanacağı

Bütün xəbərlər
Bu gün, 09:00

Bu rayonda işıq olmayacaq

Bütün xəbərlər
Dünən, 16:57

Həbsdən çıxıb bibisinin evinə basqın etdi

Bütün xəbərlər
Dünən, 12:48

Sabah leysan yağacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 11:54

Ötən yay Azərbaycanda son 10 ilin ən isti fəsillərindən olub - RƏSMİ

Bütün xəbərlər
Dünən, 11:17

TƏBİB-in rəhbərliyi ilə işləmək istəmədiyini bildirdi, istefa verdi

Bütün xəbərlər
Dünən, 10:49

ADAU-nun dosenti vəfat edib

Bütün xəbərlər
Dünən, 10:14

Yol verməmək üstündə oğlanlar saçyolduya çıxdılar

Bütün xəbərlər
Dünən, 09:45

DYP sürücülərə müraciət etdi

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin xronikası: 6 oktyabr

Bütün xəbərlər
05 oktyabr 2026, 18:00

Bu vətəndaşların kredit borcu silinəcək

Bütün xəbərlər
05 oktyabr 2026, 14:36

Qayınata kürəkənini bıçaqlayıb

Bütün xəbərlər
05 oktyabr 2026, 13:10

Sabah duman olacaq, yağış yağacaq - PROQNOZ

Bütün xəbərlər
05 oktyabr 2026, 10:46

Gəncədəki kollecin keçmiş direktorları 360 mindən çox pul MƏNİBSƏYMİŞ

Bütün xəbərlər
05 oktyabr 2026, 10:11

Kafedə iki qardaş qan tökdü

Bütün xəbərlər
05 oktyabr 2026, 09:44

Kişi keçmiş həyat yoldaşını uşaq bağçasında bıçaqladı

Oxşar xəbərlər