top
Bu il Azərbaycanda 11 erkən nikahın qarşısı alınıb
19 oktyabr 2024, 16:00
- ↺ +

Bu il Azərbaycanda 11 erkən nikahın qarşısı alınıb

 

Bu gün cəmiyyətimizin ən böyük problemlərindən biri də erkən nikahlarla bağlıdır. Təəssüflər olsun ki, Azərbaycanda da belə halların sayı az deyil.

Azərbaycan Respublikası Ailə Məcəlləsinin 1.4-cü maddəsinə əsasən Azərbaycan Respublikasında nikah və ailə münasibətlərinin hüquqi baxımdan tənzimlənməsi dövlət tərəfindən həyata keçirilir və yalnız müvafiq icra hakimiyyəti orqanında bağlanmış nikah tanınır. Məcəllənin 1.5-ci maddəsində isə qeyd olunur ki, dini kəbinkəsmə (dini nikah) hüquqi əhəmiyyətə malik deyil.

Azərbaycanda nikah yaşı 18-dir və bu yaşdan aşağı şəxslərin ailə qurmasına icazə verilmir.

Modern.аz xəbər verir ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə eləcə də Komitənin nəzdində fəaliyyət göstərən 11 Uşaq və Ailələrə Dəstək Mərkəzlərinə erkən nikah və uşaq evliliyi ilə bağlı məlumat daxil olan kimi Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin, yerli icra hakimiyyətlərinin və polisin nümayəndəsinin iştirakı ilə ailələrə səfərlər təşkil edilir, bu cür nikahlara görə qanunvericilikdə nəzərdə tutulan məsuliyyət izah olunur, belə halların qarşısının alınması istiqamətində müvafiq tədbirlər görülür:

“Cari il ərzində Dövlət Komitəsinə erkən evliliklərlə bağlı 16 müraciət daxil olub. Müraciətlər araşdırılıb. Ümumilikdə 16 müraciətdən 11-nin qarşısı alınıb, 1-nin əsassız olduğu müəyyən edilib”.

Verilən məlumata görə, bununla yanaşı Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən il ərzində erkən nikah və uşaq evliliyi ilə bağlı 15 ailə səfəri olub:

"Onlardan 10-u Uşaq və Ailələrə Dəstək Mərkəzlərinə erkən nikah və nikaha məcbur etmə ilə bağlı daxil olan müraciətlər əsasında, 2-si uşaq evliliyi ilə bağlı mediadan daxil olan müraciətlər əsasında olub, 3 erkən nikah halı isə Mərkəzlər tərəfindən aşkarlanıb. Ailə səfərləri nəticəsində 7 erkən nikah halının qarşısı alınıb, 4 müraciət əsassız hesab olunub (erkən nikah halı aşkarlanmayıb).

Eyni zamanda Dövlət Komitəsi və Komitənin nəzdində fəaliyyət göstərən Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən təhsildən yayınan və sosial təhlükəli vəziyyətdə olan uşaqların ailələrinə də aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə səfərlər təşkil edilir, uşaqlarla fərdi profilaktik işlər aparılır, erkən nikah və uşaq nikah faktlarının aşkarlanması, həmin ailələrə səfərlərin təşkili, nikahın qarşısının alınması istiqamətində qabaqlayıcı tədbirlər görülür”.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 15:28

Gəncədə iki məktəbin yaxınlığında TƏHLÜKƏ

Bütün xəbərlər
Bu gün, 14:34

Sabah Gəncədə 26 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
Bu gün, 13:29

Gəncədə hər 10 ev təsərrüfatına 7 avtomobil düşür

Bütün xəbərlər
Bu gün, 11:19

Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək

Bütün xəbərlər
Bu gün, 10:23

Repetitorluq edən müəllim həbs olundu

Bütün xəbərlər
Bu gün, 09:58

Qaçaqmalçılıq yolu ilə dərman gətirilməsinin qarşısı alınıb

Bütün xəbərlər
Bu gün, 09:12

Gəncədə "islanmaq" üçün nəzərdə tutulan avtobus dayanacağı

Bütün xəbərlər
Bu gün, 09:00

Bu rayonda işıq olmayacaq

Bütün xəbərlər
Dünən, 16:57

Həbsdən çıxıb bibisinin evinə basqın etdi

Bütün xəbərlər
Dünən, 12:48

Sabah leysan yağacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 11:54

Ötən yay Azərbaycanda son 10 ilin ən isti fəsillərindən olub - RƏSMİ

Bütün xəbərlər
Dünən, 11:17

TƏBİB-in rəhbərliyi ilə işləmək istəmədiyini bildirdi, istefa verdi

Bütün xəbərlər
Dünən, 10:49

ADAU-nun dosenti vəfat edib

Bütün xəbərlər
Dünən, 10:14

Yol verməmək üstündə oğlanlar saçyolduya çıxdılar

Bütün xəbərlər
Dünən, 09:45

DYP sürücülərə müraciət etdi

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin xronikası: 6 oktyabr

Bütün xəbərlər
05 oktyabr 2026, 18:00

Bu vətəndaşların kredit borcu silinəcək

Bütün xəbərlər
05 oktyabr 2026, 14:36

Qayınata kürəkənini bıçaqlayıb

Bütün xəbərlər
05 oktyabr 2026, 13:10

Sabah duman olacaq, yağış yağacaq - PROQNOZ

Bütün xəbərlər
05 oktyabr 2026, 10:46

Gəncədəki kollecin keçmiş direktorları 360 mindən çox pul MƏNİBSƏYMİŞ

Bütün xəbərlər
05 oktyabr 2026, 10:11

Kafedə iki qardaş qan tökdü

Bütün xəbərlər
05 oktyabr 2026, 09:44

Kişi keçmiş həyat yoldaşını uşaq bağçasında bıçaqladı

Bütün xəbərlər
05 oktyabr 2026, 08:00

5 oktyabr – Beynəlxalq Müəllimlər Günüdür

Bütün xəbərlər
05 oktyabr 2026, 00:20

6 il əvvəl Gəncə ikinci dəfə raket atəşinə tutuldu

Oxşar xəbərlər