Yer kürəsində növbəti geomaqnit qasırğa baş tutacaq.
Gencexeber.az Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasına istinadən məlumat verir ki, kosmik hadisə şiddətli səviyyədə olacaq.
Belə ki, oktyabrın 11-i baş Vermiş Tac Kütlə Atılmaları (TKA) və Yüksək Sürətli Tac Dəliyi Axınlarının təsiri ilə 15-16 oktyabrda G1 səviyyəli geomaqnit qasırğası gözlənilir.
Proqnoz günlərində (14-20 oktyabr) C sinif alışmanın baş verməsi ehtimalı 99%, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 55%, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 10% təşkil edir.