Gəncədə paytaxt teatrının çıxışı baş tutub.
Gencexeber.az şəhər İcra Hakimiyyətinə istinadən məlumat verir ki, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının yaradıcı kollektivi Nizami yurduna qastrol səfəri edib. Yaradıcı heyət Gəncə Dövlət Milli Dram Teatrında “Şükriyyə” tamaşasını səhnələşdirib.
Əsərin quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Bəhram Osmanov, səhnə tərtibatçısı Samirə Həsənova, geyim üzrə rəssamı Aygün Mahmudova, işıq rəssamı Rafael Həsənov, musiqi tərtibatçısı Kamil İsmayılovdur.
Tamaşada rolları Xalq artistləri Nurəddin Mehdixanlı, Əli Nur, Əməkdar artistlər Münəvvər Əliyeva, Şəlalə Şahvələdqızı, Mehriban Xanlarova, Vəfa Rzayeva, aktyorlar Afət Məmmədova, Rada Nəsibova, Ləman İmanova və b. ifa ediblər.