Azərbaycanın futbol üzrə milli komandası UEFA Millətlər Liqasının qrup mərhələsində növbəti oyununu keçirib.
Gencexeber.az məlumat verir ki, Bakıda Tofiq Bəhramov adına Respublika stadionunda Fernandu Santuşun yetirmələri Slovakiya seçməsi ilə qarşılaşıblar.
15-ci dəqiqədə mərkəz müdafiəçisimiz Rahil Məmmədov avtoqol müəllifi olub. Toral Bayramov 38-ci dəqiqədə hesabı bərabərləşdirib.
İkinci hissədə Mahir Emreliyə göstərilən qırmızı vərəqə millimizi azlıqda qoyub. Slovakların 75 və 87-ci dəqiqələrdə vurduqları iki qol tabloda yekun hesabı müəyyənləşdirib.
Matç rəqibin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, Azərbaycan millisi əvvəlki üç qarşılaşmada Estoniya və İsveçə 1:3, Slovakiyaya isə 0:2 hesabı ilə məğlub olub.