Qobustan-Səngəçal sahəsində yerləşən dəmir yolu körpülərində aparılan əsaslı təmir işləri səbəbindən Ağstafa-Bakı qatarı müvəqqəti olaraq dəyişdirilmiş qrafik üzrə hərəkət edəcək.
Bu barədə "APA-Economics"ə "Azərbaycan Dəmir Yolları" (ADY) QSC-dən bildirilib.
Belə ki, 17 oktyabrdan etibarən Ağstafadan Bakıya saat 8:20 və 16:40-da yola düşən qatarların Bakı Dəmiryol Vağzalına çatma saatları 13:27 və 21:47 əvəzinə müvəqqəti olaraq saat 13:36 və 21:56-ya dəyişdirilir.
Təmir işləri yekunlaşdıqdan sonra qatarlar əvvəlki qrafiklə xidmət göstərməyə davam edəcək.