Gədəbəy rayon sakini bədbəxt hadisə nəticəsində həyatını itirib.
APA xəbər verir ki, hadisə rayonun Soyuqbulaq kəndində qeydə alınıb. Yaşadığı evin həyatində ağaca çıxan 65 yaşlı Dilqəm Zeynalov 5 metr hündürlükdən yıxılıb.
Ağır xəsarət alan kənd sakini xəstəxanaya aparılsa da, dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.