Qazaxda cüdo turniri keçirilib.
Gencexeber.az məlumat verir ki, Qazax şəhərində yeniyetmələr (U-15) arasında cüdo üzrə region birinciliyi təşkil olunub. Yarışda Gəncə şəhər 3 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdi Hüseyn Hüseynov 60 kiloqram çəki dərəcəsində iştirak edib. Yeniyetmə bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə layiq görülüb.
Qeyd edək ki, Hüseyn Hüseynov aprel-may aylarında keçiriləcək Azərbaycan birinciliyinə vəsiqə qazanıb.