top
122 illik tarixi Kürəkçay stansiyası – Dağılma təhlükəsi ilə ÜZ-ÜZƏ
Foto
13 mart 2026, 17:26
- +

122 illik tarixi Kürəkçay stansiyası – Dağılma təhlükəsi ilə ÜZ-ÜZƏ

Bir zamanlar Azərbaycan neftinin dünya bazarına çıxarılmasında mühüm rol oynayan və 1886-ci ildə inşa olunaraq istifadəyə verilən Bakı-Tiflis-Batum dəmir yolu xətti üzərində mövcud olan stansiyalardan biri də 1904-cü ildə inşa olunan Kürəkçay stansiyasıdır. Qərb bölgəsində Gəncədən sonra infrastruktur baxımından ən əhəmiyyətlilərdən olan bu stansiyanın, 1904-cü ildən başlayaraq sərnişinlərin Şərq və Qərb istiqamətində daşınmasında, həmçinin Bakı neftinin borular vasitəsilə Gürcüstan ərazisinə ötürülməsində xüsusi rolu olub. 

Tarixçi Cavid Bağırzadənin bizim.media-nın yerli bürosuna bildirdiyinə görə, ümumi uzunluğu 548,3 km olan Bakı-Tiflis-Batum dəmir yolu üzərində 26 stansiya və 53 körpü inşa edilib.

Həmin stansiyalar arasında xüsusi nasoslar mövcud olub ki, onlar vasitəsilə stansiyalar bir-birinə 50 atmosfer təzyiqində neft və neft məhsullarını ötürürmüş.

O cümlədən 1904-cü ildə inşa edilən Kürəkçay dəmir yolu stansiyasında olan bu aqreqatlar buradan Bakı neftini Batuma ötürülməsi həyata keçirib. 

Tarixi Kürəkçay stansiyasının yaxınlığlnda isə hündür bir qüllə yerləşib. Bu qüllə vaxtilə Bakı neftinin qərbə, daha dəqiq desək Qara dəniz vasitəsilə xarici bazarlara çıxarılmasında müstəsna rol oynayıb. Belə ki, bu qüllədə buxar vasitəsilə əldə olunan elektrik enerjisi nasos stansiyalarına ötürülüb ki, bu da neftin ötürülməsində müstəsna rol oynayıb. 

Cavid Bağırzadənin sözlərinə görə dövrünün unikal dəmir yol stansiyalarından biri olan Kürəkçay stansiyasında gözləmə zalı, yeməkxana, inzibati otaqlar və bir sıra infrastruktur mövcud olub.

Artıq 122 ildir ki, öz mövcudluğunu qoruyub saxlayan tikili, bu gün sökülüb dağılmaq təhlükəsi ilə üz-üzədir.

"Kürəkçay dəmir yol stansiyasının tarixi binası ciddi dağıntılara məruz qalıb. Xoşbəxtlikdən bina tam dağılmayıb və binanın böyük bir hissəsi dövrümüzə qədər gəlib çatıb. Bu tarixi bina, Azərbaycan dəmir yolları stansiyalarından günümüzə qədər gəlib çatan bir nişanədir, nümunədir. Bu stansiyanın qorunub saxlanılması düşünürəm ki, çox vacibdir", - Cavid Bağırzadə əlavə edib. Onun fikrincə bu tarixi bina Azərbaycanın dəmir yolu tarixinin bir simvoludur. Əgər restavrasiya olunarsa, həm dəmir yolu, həm də neft daşınması tarixini gələcək nəsillərə çatdıracaq bir kompozisiya ola bilər. 

Cavid Bağırzadə əlavə edib ki, Bakı-Böyük Kəsik və Tiflis-Bakı dəmir yolunun üzərində yerləşən, 122 yaşı olan tarixi Kürəkçay stansiyası bu gün şərq və qərb istiqamətinə daşınan sərnişinlərin Goranboy ərazisindən keçərkən diqqətini çəkən tikililər arasındadır. Ümid edirik ki, vaxtilə Azərbaycan neftinin xarici bazara çıxarılmasında və 100 ilə yaxın sərnişin stansiyası kimi fəaliyyət göstərən Kürəkçay stansiyası, tarixi görkəminə qaytarılaraq, gələcək nəsillər üçün qorunub saxlanılacaq. 

Son xəbərlər

Bütün xəbərlər
Dünən, 17:04

Həbsxanalarda evlənənlərin sayı AZALIB

Bütün xəbərlər
Dünən, 16:45

13 il əvvəlki qətlin üstü açıldı

Bütün xəbərlər
Dünən, 16:14

Prezident: Xarici tərəfdaşlar ekoloji normalara əməl etməsələr, onlar cəzalandırılacaq

Bütün xəbərlər
Dünən, 14:48

Psixiatriya xəstəxanası yandı, xəstələr çadıra köçürüldü

İdman
Dünən, 14:17

Ehtiram Quliyevdən haqqında yayılan iddialarla bağlı AÇIQLAMA

Bütün xəbərlər
Dünən, 13:20

Sabah Gəncədə hava yağmursuz olacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 12:49

DYP kənd texnikası sürücülərinə müraciət etdi

Bütün xəbərlər
Dünən, 12:16

Gəncədə 11 nömrəli avtobuslarla bağlı ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 10:25

"Salahlı" sərhəd zastavası əsaslı təmirdən sonra xidməti istifadəyə verilib

Bütün xəbərlər
Dünən, 09:47

Yaralı halda cəbhəyə qayıdan gəncəli Şuşa fatehinin doğum günüdür

Bütün xəbərlər
21 sentyabr 2026, 18:00

"Gəncədəki dövlət xəstəxanaları bunu edə bilmir" - DEPUTAT

Bütün xəbərlər
21 sentyabr 2026, 17:27

Gəncədə 1 nömrəli marşrutun son dayanacağından ŞİKAYƏT

Bütün xəbərlər
21 sentyabr 2026, 16:11

Deputat tıxacların səbəbini açıqladı - rayondan gələnlər…

Bütün xəbərlər
21 sentyabr 2026, 14:38

Gəncədə asfaltın altında qalan lük yolun çökməsinə səbəb olub

Bütün xəbərlər
21 sentyabr 2026, 13:54

Bakıdan Ağstafaya əlavə qatarlar gedəcək

Bütün xəbərlər
21 sentyabr 2026, 13:22

Sabah 34 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
21 sentyabr 2026, 12:38

"Kəpəz" 150-ci heç-heçəsini etdi

Bütün xəbərlər
21 sentyabr 2026, 11:31

Gəncədə iki nəfər bıçaqlanıb

Bütün xəbərlər
21 sentyabr 2026, 10:54

Gəncə azarkeşlərinin tayı-bərabəri yoxdur

Bütün xəbərlər
21 sentyabr 2026, 09:42

Yeyib-içdilər, sonra bıçaqlaşdılar…

Bütün xəbərlər
21 sentyabr 2026, 09:19

Gəncəçayda təmizlik işləri görülüb

Bütün xəbərlər
20 sentyabr 2026, 17:03

Gəncədə sakinlərin illərdir həll olunmayan həyət problemi

Bütün xəbərlər
20 sentyabr 2026, 15:00

Azərbaycan üzərində hökmran olan Gəncə qalası

Bütün xəbərlər
20 sentyabr 2026, 13:00

Süni mayalanma etdirən qadınlara xəbərdarlıq: xərçəng riski artır?

Oxşar xəbərlər