 
                                            
                    
                    Son aylarda mağaza və bazarlarda Monqolustandan gətirilən ətə alıcı marağı xeyli artıb.
Gencexeber.az məlumat verir ki, kilosu cəmi 12 manata satılan bu ətlər artıq bir çox marketlərin vitrinlərində yerli məhsulları arxa plana keçirib.
Rəsmi statistikaya görə, ötən il ölkəyə idxal olunan ətin həcmi 41 faiz artıb. Hazırda bazarlarda Monqolustanla yanaşı, Braziliya, Qazaxıstan, Belarus və bəzi Avropa ölkələrindən gətirilən ət növləri də geniş yayılıb.
Qida Təhlükəsizliyi Agentliyi (AQTA) isə bildirir ki, idxal edilən bütün ət məhsulları xəstəliklərdən azad bölgələrdə yerləşən müəssisələrdən gətirilir və baytarlıq sertifikatları ilə təsdiqlənir.