 
                                            
                    
                    2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. Vətən müharibəsi otuzillik işğala son qoyan parlaq Qələbə ilə nəticələndi.
Bu gün tarixə haqq savaşımızın 35-ci günü kimi daxil olub.
Gencexeber.az məlumat verir ki, 31 oktyabr 2020-ci ildə döyüş əməliyyatları əsasən Ağdərə, Xocavənd və Qubadlı istiqamətlərində davam edib. Cəbhənin digər istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, 5 ədəd yaylım atəşli reaktiv sistemi, beş tankı, piyadaların üç döyüş maşını, 15 müxtəlif tipli artilleriya topu, bir "Osa" zenit raket kompleksi, bir radioelektron mübarizə stansiyası, üç avtomobil texnikası sıradan çıxarılıb.
Ermənistan Silahlı Qüvvələrinin təxribatları nəticəsində sentyabrın 27-dən oktyabrın 31-i saat 13:00-dək 91 mülki şəxs həlak olub, 404 nəfər yaralanıb, 2465 ev, 97 çoxmənzilli yaşayış binası və 455 mülki obyekt yararsız vəziyyətə düşüb.