top
10 yaşlı kikboksçu qız: “Atamın imkanı olmadığı üçün məşqlərə gedə bilmirəm” - ÖZƏL MÜSAHİBƏ
08 oktyabr 2024, 14:54
- +

10 yaşlı kikboksçu qız: “Atamın imkanı olmadığı üçün məşqlərə gedə bilmirəm” - ÖZƏL MÜSAHİBƏ

 

Azərbaycanın hər qarışında istedadlı gənclər yetişir. Göygöl rayonu idmançıların yetişdirilməsi baxımından aktiv bir bölgədir. Rayonda müxtəlif idman növlərində, xüsusən güləş, futbol, atletika və boksda istedadlı gənclər yetişir.

Gencexeber.az-ın əməkdaşı belə istedadlardan biri - Quşçu kənd sakini, 10 yaşlı kikboksçu Ləman Usubova ilə həmsöhbət olub.

Müsahibəni təqdim edirik:

- Ləman, özün haqqında danışmağını istərdim.

- Göygöl rayonu D.İmanov adına Quşçu kənd tam orta məktəbinin dördüncü sinif şagirdiyəm. 10 yaşım var. Xüsusi istedada malikəm. Çox yaxşı idman hərəkətləri edə bilirəm. Kikboksinqlə məşğul oluram. Döyüşdüyüm uşaqların hər birinə qalib gəlirəm.

İdmanla paralel dərslərimi də yaxşı oxuyuram. Gələcəkdə təhsilimi idman sahəsi üzrə davam etdirməyi düşünürəm.

- Necə oldu ki, bu idman növü ilə məşğul olmağa qərar verdin? Marağın necə yarandı?

- Kiçik yaşlarımdan idmanla məşğul oluram. İdmanı çox sevirəm. Ən çox kikboksinqi bəyənirəm. Müəllim yanına iki il getdim. Atamın maddi imkanı olmadığı üçün artıq gedə bilmirəm. Məşqləri evdə davam etdirirəm.

-  Ailəni səni idmana yönəltdiyini dedin. Ən böyük dəstəkçin kim olub?

- Ən böyük dəstəkçim atamdır. Ailəm hər zaman mənə yön verib. İdmanı da elə mənə atam sevdirib.

- İdmana başladığın günü necə xatırlayırsan?

- İlk dəfə gimnastikaya başladım. Evdə müxtəlif hərəkətlər edirdim. İdmana xüsusi marağım yaranmışdı. Atam daim evdə mənimlə məşğul olurdu. Atam özü də idman həvəskardır.

- Gələcəkdə bu sənəti davam etdirmək istəyərsən?

- Əlbəttə, gələcəkdə də davam etdirməyi düşünürəm. İmkanım olsa kikboksinq üzrə davam etdirəcəyəm.

-  Niyə sırf kikboksinq? Bu idman növü ilə peşəkar səviyyədə məşğul olmağı düşünürsən?

- Kikboksinqə daha çox həvəsim var. Onu daha çox sevirəm. Daha çətin olsa da, sevirəm. Zədə almıram. Öz həmyaşıdlarım arasında qalib gəlirəm. Məğlub olmağı düşünmürəm. Hər zaman qalib oluram. Böyüyəndə bu sahə üzrə peşəkar olmağı düşünürəm. Həm yarışlara getmək, həm də müəllim olaraq uşaqlara bu sahəni sevdirmək istəyirəm.

- Kikboksinq sənin üçün nəyi ifadə edir?

- Kikboksinq deyəndə qalibiyyət yada düşür. Mənə görə kikboksinq qalibiyyəti ifadə edir.

10 yaşlı kikboksçu qız: “Atamın imkanı olmadığı üçün məşqlərə gedə bilmirəm” - MÜSAHİBƏ

- Yarışlarda iştirak etmisən?

- Bəli, iki dəfə Göygöl rayonunun Xanlar kəndində döyüşmüşəm. Birinci dəfə mənim 9 yaşım olanda özümdən 5 yaş böyük qızla üz-üzə gəldim. Onda birinci yerə çıxdım. Ümumilikdə iki dəfə birinci yerə çıxdım. Bakıda da ikinci yerə layiq görüldüm. Cəriməni iki dəfə çox aldığım üçün ikinci yerə çıxdım. Qız mənə təpik atanda, mən ona cavab verməməliydim. Bunun üçün uduzdum. Qalibiyyəti sevirəm. Məqsədim hər zaman qələbə qazanmaqdır.

- Kikboksinqdə əsas rolu nə oynayır?

- Kikboksinqdə əsas cərimə almamaqdır. Döyüşən zaman cərimə sayı dördü keçsə, məğlub ola bilərsən. Yumruq, təpik əsas rol oynayır. Heç vaxt zərbə, zədə almamışam.

- Sizcə, kikboksinqə maraq ölkəmizdə hansı səviyyədədir və bu idmanla məşğul olmaq insanlara nə qazandırır?

- Ölkəmizdə kikboksinqə maraq var. Özüm də həvəskaram, sevirəm. Davam etdirəcəyəm. Kikboksinq insanlara sağlamlıq, birinci olmağı qazandırır. Bayrağımızı yüksəklərdə dalğalandırmağı qismət edir.

- Ailəndə idmanla məşğul olan var?

- Bəli, var. Mənim kiçik bacım və qardaşım da idmanla məşğul olurlar. Balaca bacımın 4 yaşı, qardaşımın da 9 yaşı var. Bacım idmana getmir. Evdə öyrədirəm. Qardaşım mənlə kikboksinqə gedirdi.

- Ölkəmizi Avropada, dünya miqyasında təmsil etməyi düşünürsən?

- Gələcəkdə ölkəmizi dünya arenasında təmsil etməyi düşünürəm. Hələ ki, gedə bilmirəm. İmkan olmadığı üçün istədiyim kimi alınmır. İnşallah,  qismət olar.

Nəzrin Vahid

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 17:00

Gəncədə xəstəxanada kişini döydü, üzərində narkotik tapıldı - MƏHKƏMƏ

Bütün xəbərlər
Bu gün, 13:00

"Bacımın yemək bişirdiyini başa düşdü və əxlaqsız danışdı, yumruq vurdum" - MƏHKƏMƏ

Bütün xəbərlər
Bu gün, 00:00

Tovuz döyüşlərindən 6 il ötür

Bütün xəbərlər
Dünən, 16:25

Gəncədə vəfat edən görkəmli şairin anım günüdür

Bütün xəbərlər
Dünən, 13:48

Gəncədə sabah da 38 dərəcə isti olacaq

Bütün xəbərlər
Dünən, 13:11

Gəncə səmasından İspaniya savaşına: unudulmuş aviatorlar

Bütün xəbərlər
Dünən, 12:18

İcra başçısı köməkçisini işdən çıxardı, yeni vəzifə verdi

Bütün xəbərlər
Dünən, 10:46

Gəncəli şəhidin doğum günüdür

Bütün xəbərlər
Dünən, 09:37

Maşınlar toqquşdu, biri yeniyetmə olmaqla 3 nəfər yaralandı

Bütün xəbərlər
10 iyul 2026, 18:00

Elektron siqaretlərlə bağlı daha bir qadağa

Bütün xəbərlər
10 iyul 2026, 17:21

Gəncədə 72 ailənin yaşadığı bina çirkab sularına qərq olub

Bütün xəbərlər
10 iyul 2026, 15:28

"Xanımın dükanı" dördyolunda asfalt çəkilir

Bütün xəbərlər
10 iyul 2026, 15:05

Gəncədə sabah 40 dərəcəyə yaxın isti olacaq

Bütün xəbərlər
10 iyul 2026, 14:08

Mopedlərə rüsumlar müəyyənləşir

Bütün xəbərlər
10 iyul 2026, 13:04

Bu məhsullar gömrük rüsumundan azad edilir

Bütün xəbərlər
10 iyul 2026, 10:40

Avropadan qayıdan cüdoçumuz təmtəraqla qarşılandı

Bütün xəbərlər
09 iyul 2026, 16:47

Azərbaycanda Süni İntellekt Akademiyası yaradılır: 500 mühəndis yetişdiriləcək

Bütün xəbərlər
09 iyul 2026, 16:17

Portuqaliyalı futbolçu "Kəpəz"ə qayıtdı

Bütün xəbərlər
09 iyul 2026, 15:46

198 min litr pivəni qeydiyyatsız istehsal etdilər

Bütün xəbərlər
09 iyul 2026, 14:33

Göygöldəki möhtəşəm tədbirin tarixi açıqlandı - GİRİŞ SƏRBƏSTDİR

Bütün xəbərlər
09 iyul 2026, 13:01

Sabah 37 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
09 iyul 2026, 11:58

Ötən gün ağır qəzada ölənlər

Bütün xəbərlər
09 iyul 2026, 11:17

Marketlərdə satılan sellofan paketlər bahalaşdı

Bütün xəbərlər
08 iyul 2026, 18:21

Gəncədə şəhid bulağının ətrafı baxımsız vəziyyətdədir

Oxşar xəbərlər