Gəncəli idmançı beynəlxalq yarışda inamla irəliləyir. Bu haqda 26 aprel tarixində Gənclər və İdman Nazirliyinə istinadən məlumat veririk.
Nizami yurdunun yetirməsi Ülviyyə Fətəliyeva şahmat üzrə qadınlar arasında Avropa çempionatında mübarizə aparır. Təmsilçimiz VI turun oyununa yekun vurub. O, keçirdiyi altı oyunun hər birində qələbə qazanıb.
Beləliklə, idmançımız yarışın lideridir.
Qeyd edək ki, Avropa çempionatı Yunanıstanın Rodos adasında keçirilir.