Gəncəli idmançıya mükafat təqdim olunub. Bu haqda 30 aprel tarixində Şahmat Federasiyasına istinadən məlumat veririk.
Yunanıstanda qadın şahmatçıların şəxsi Avropa Çempionatının bağlanış mərasimi keçirilib. Burada Çempionatın qalibi olan Nizami yurdunun yetirməsi Ülviyyə Fətəliyevaya qızıl medal və kubok təqdim olunub. Şahmatçımızın şərəfinə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Qeyd edək ki, yekun nəticələrə əsasən, Ülviyyə Fətəliyeva Dünya Kubokuna vəsiqə qazanıb.