Gəncəli idmançı uğurlu nəticə əldə edib. Bu haqda 9 iyul tarixində Gəncə Şahmat Məktəbinə istinadən məlumat veririk.
Paytaxt Bakıda “Baku Open 2024” beynəlxalq şahmat festivalı baş tutub. Burada Nizami yurdunun yetirməsi Nərgiz Məhərrəmli də mübarizə aparıb. B qrupunda 12 yaşlı qızlar arasında beyin gücünü sınayan şahmatçımız turnirdə II yerə layiq görülüb və gümüş medalla təltif olunub.
Qeyd edək ki, idmançımız Gəncə şəhər 2 nömrəli Uşaq-Gənclər İdman-Şahmat məktəbinin tələbəsidir. Onun məşqçi-müəllimi Mürsəl Məmmədovdur.