Gəncəli idmançımız Avropa Kubokunda çıxış edib. Bu haqda 15 aprel tarixində Regional Təhsil İdarəsinə istinadən xəbər veririk.
Söhbət Özqan Quliyevdən gedir. Cüdoçu Almaniyanın Berlin şəhərində keçirilən Avropa kubokunda mübarizə aparıb. O, gümüş medala layiq görülüb.
Cüdoçumuz 60 kiloqram çəki dərəcəsində gücünü sınayıb. Ümumilikdə yarışa 37 ölkədən 776 idmançı qatılıb.