Gəncəli idmançı ölkə xaricində uğur qazanıb. Bu haqda Gencexeber.az-a 19 dekabr tarixində məlumat daxil olub.
Türkiyənin İstanbul şəhərində Uşu idman növü üzrə Avropa çempionatı keçirilib. Burada ölkəmizi təmsil edənlər arasında Nizami yurdunun yetirməsi Elçin Quliyev də yer alıb. İdmançımız 56 kq çəki dərəcəsində mübarizə aparıb.
Təmsilçimiz yarışda gümüş medala layiq görülüb.
Qeyd edək ki, idmançımızın məşqçi-müəllimi Baxışəli Əliyevdir.