Gəncəli güləşçimiz olimpiadaya lisenziya qazanıb. Bu haqda 8 aprel tarixində Apa-ya istinadən xəbər veririk.
Fəxrimiz Turan Bayramov Paris-2024 Yay Olimpiya Oyunlarında iştirak hüququ əldə edib. 74 kq çəki dərəcəsində çıxış edən idmançı Bakıda keçirilən Avropa Olimpiya Təsnifat turnirində bunu reallaşdırıb.
Tobias Portmannı (İsveçrə) 10:0, Zurab Kaprayevi (Rumıniya) 5:1 hesabı ilə məğlub edən təmsilçimiz yarımfinalda Frank Çamizo Markezi (İtaliya) 8:8 hesabı ilə üstələyib. Bu qələbə Bayramova dördilliyin ən mötəbər multiidman yarışında iştirak hüququ verib.