Gəncəli idmançı Türkiyədə uğur qazanıb.
Gencexeber.az-ın məlumatına görə, Türkiyənin Ədirnə şəhərində uşu üzrə yeniyetmələr arasında keçirilən Balkan çempionatında Gəncə şəhərindən olan idmançı Mustafayev Hümbət İlkin oğlu böyük uğura imza atıb.
Şəxsi məşqçisi İlqar Alıyevin rəhbərliyi altında yarışa qatılan Hümbət ardıcıl üç döyüşdə qələbə qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Yeniyetmə qızıl medala layiq görülüb.
Qələbədən sonra idmançı bildirib: “Bu uğurumu Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizə həsr edirəm”.
Qeyd edək ki, beynəlxalq turnirdə 17 ölkədən ümumilikdə 1100 idmançı iştirak edir.