Gəncə şəhərində təhsil alan şagird müsabiqədə yüksək nəticə göstərib. Bu haqda 6 iyun tarixində Regional Təhsil İdarəsinə istinadən xəbər veririk.
Söhbət İbrahim Həsənovdan gedir. O, 23 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdidir. Məktəbli Yunanıstanın Lutraki şəhərində keçirilən güləş üzrə yarışda uğur qazanıb.
İbrahim Həsənov U-15 Avropa çempionatında bütün rəqiblərinə qalib gələrək Avropa çempionu olub.