Gəncədə yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda 29 yanvar tarixində Apa-ya istinadən məlumat veririk.
Hadisə şəhərin Qara Qarayev küçəsində qeydə alınıb. “Lexus” markalı minik avtomobili hərəkətdə olan zaman "Ford tranzit” markalı yük maşını ilə toqquşub. Onlardan birincisi aşıb.
Həmçinin nəqliyyat vasitələrindən biri yolu keçən piyadanı vurub. Həmin şəxs yerindəcə dünyasını dəyişib.
[modula id="53999"]