top
“Sən gəlməz oldun”un bəstəkarının doğum günüdür - FOTO
28 aprel 2025, 17:03
- +

“Sən gəlməz oldun”un bəstəkarının doğum günüdür - FOTO

 

Hüquqşünas və bəstəkar kimi iki zidd sahədə uğur qazanan, mahnıları hələ də müxtəlif ölkələrdə oxunan Ələkbər Tağıyevin dünyaya gəlməsindən 101 il ötür.

Gencexeber.az xatırladır ki, dahi bəstəkar 1924-cü il aprelin 28-də Gəncədə anadan olub. Altı uşaqlı kasıb ailədə doğulduğu üçün musiqi sahəsində təhsil ala bilmir. Məhkəmədə kuryer işləmək üçün yaşını iki il artırır. Ümumittifaq qiyabi Hüquq İnstitutunu bitirdikdən sonra 36 il prokurorluq orqanlarında çalışır.

1958-ci ildə Ələkbər Tağıyev Göygölü seyr edəndə melodiya zümzümə etməyə başlayır, evə gəlib nota köçürür və Əhməd Bakıxanovla Qənbər Hüseynliyə göstərir. Beləliklə, Ələkbər Tağıyevin ilk mahnısı - “Qonşu qız” yaranır. Mahnının uğurundan həvəslənir, qısa müddətdə “Şirin arzular”, “Sən gəlməz oldun”, “Dinə bilmədim”, “Bakı gecələri”, “Azərbaycanın mənim” və başqa mahnıları bəstələyir.

1962-ci ildə Asəf Zeynallı adına Musiqi texnikumuna daxil olub, bəstəkarlıq biliklərini təkmilləşdirir. Yaradıcılığının ilk dövründə 10 ilə yaxın Zeynəb Xanlarova ilə işləyir. Sonra Nisə Qasımova ilə çalışır.

Bəstəkar işlədiyi müğənnilərə səhnədə necə dayanmağı, hansı hərəkətləri etməyi də öyrədir. Nisə Qasımova və Məmmədbağır Bağırzadənin musiqi və hətta geyim üslubunun formalaşması birbaşa Ələkbər Tağıyevin adı ilə bağlıdır.

Bəzi mahnıları Orta və Yaxın Şərq ölkələrində də oxunur. Bəstəkar “Sən gəlməz oldun” mahnısını qardaşı oğlunun gənc yaşda həyatdan köçən xanımına həsr edir.

Təbiət aşiqi olan bəstəkar çox vaxt Nardarandakı bağında olur, güllər əkir, onlara qulluq edir. 1981-ci il aprelin 16-da bağa yeni güllər əkmək istəyir. Ancaq qəfil halı pisləşir. Oğlunun sözlərinə görə, atası kəlmeyi şəhadətini oxuyub gülə-gülə gözlərini yumdu.

Bəstəkar Ələkbər Tağıyev Maştağada Seyidlər qəbiristanlığında torpağa tapşırılıb.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 16:45

Gəncədə qəza olub, xəsarət alanlar var

Bütün xəbərlər
Bu gün, 16:14

Gəncədə 39 yaşlı qadın dəm qazından zəhərlənib

Bütün xəbərlər
Bu gün, 14:53

Gəncədə yük maşını 59 yaşlı qadını vuraraq öldürüb

Bütün xəbərlər
Bu gün, 14:37

"GDU bu il müsbət dinamika göstərdi"

Bütün xəbərlər
Bu gün, 13:49

Həftə sonu Gəncədə hava necə olacaq? - PROQNOZ

Bütün xəbərlər
Bu gün, 12:39

Tanınmış ekspert Gəncə məhkəməsində günahını etiraf edib

Bütün xəbərlər
Bu gün, 11:57

Polisə müqavimət göstərdi, həbs olundu

Bütün xəbərlər
Bu gün, 11:17

Gəncədə DƏHŞƏT: 72 yaşlı kişi avtomobilinin altında qalaraq öldü

Bütün xəbərlər
Bu gün, 10:57

Gəncədə 38 yaşlı qadın axtarılır

Bütün xəbərlər
Bu gün, 10:13

Göygöldə minik maşını yanıb

Bütün xəbərlər
Dünən, 18:21

Gəncədə "imtahan mafiyası" mühakimə olunur

Bütün xəbərlər
Dünən, 18:00

Küləkli hava ilə bağlı XƏBƏRDARLIQ

Bütün xəbərlər
Dünən, 17:21

Ümummilli Lider Heydər Əliyev Daşkəsəndə dərin ehtiramla anılıb

Bütün xəbərlər
Dünən, 16:36

Gəncədə 150-dən çox uşaq bağçada donur - İDDİA

Bütün xəbərlər
Dünən, 16:02

Son 10 ayda nikah və boşanma sayı məlum olub

Bütün xəbərlər
Dünən, 15:23

Ölkədə ölüm sayı dəyişməyib

Bütün xəbərlər
Dünən, 14:46

Sabah duman olacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 14:00

Gəncədə MKTİB işçiləri zibilləri ağacların dibində yandırdılar

Bütün xəbərlər
Dünən, 13:17

Gəncədə Ulu Öndər Heydər Əliyevin xatirəsi anılıb

Bütün xəbərlər
Dünən, 12:38

Bəzi Gəncə sakinləri yeni avtobusları zibilləyir

Bütün xəbərlər
Dünən, 12:04

Prezident və Birinci xanım Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər

Bütün xəbərlər
Dünən, 11:51

Gəncədə maşınlar toqquşdu, sürücülər yaralandı

Bütün xəbərlər
Dünən, 11:34

Gəncə xəsarət yetirməkdə şübhəli saxlanıldı

Bütün xəbərlər
Dünən, 10:35

Axtarışda olan şəxs məzarlıqda TUTULDU

Oxşar xəbərlər