Gəncədə növbəti idman zalı açılıb. Bu haqda 5 oktyabr tarixində Kəpəz televiziyasına istinadən məlumat veririk.
Nizami yurdunda yeni boks zalı istifadəyə verilib. İdman ocağı daxili imkanlar hesabına yaradılıb. Açılış mərasimində idman ictimaiyyətinin nümayəndələri, valideynlər iştirak ediblər. Bu cür zalların uşaq, yeniyetmə və gənclərin yetişməsində böyük əhəmiyyət daşıdığı, uğura gedən yolun başlanğıcı olduğu diqqətə çatdırılıb.
Yeni guşədə boksçuların yaxşı məşq etməsi üçün bütün imkanlar yaradılıb. Burada fəaliyyət göstərən trenajor zalı idmançıların yerində fiziki hazırlıqla məşğul olmasına imkan verəcək.