top
Yanğın təhlükəsizliyi ilə bağlı müşavirə baş tutub
24 may 2023, 17:40
- +

Yanğın təhlükəsizliyi ilə bağlı müşavirə baş tutub

Gəncədə regional müşavirə keçirilib. Bu haqda 24 may tarixində Report-a istinadən məlumat veririk.

Tədbir meşə, yaşıllıq və əkin sahələrində baş verə biləcək yanğınlara qarşı qabaqlayıcı tədbirlərin səmərəliliyinin artırılması, bu sahədə birgə əməkdaşlığın daha da genişləndirilməsi məqsədilə təşkil olunub. Ekologiya və Təbii Sərvətlər, Fövqəladə Hallar, Daxili İşlər, Kənd Təsərrüfatı, Ədliyyə nazirlikləri, Gəncə Şəhər İcra Hakimiyyəti və digər aidiyyəti qurumların rəsmilərinin, fermer və sahibkarların iştirakı ilə keçirilən görüşdə yanğın təhlükəsizliyi ilə bağlı hazırlanmış birgə fəaliyyət planı barədə məlumat verilib.

Burada yanğına qarşı qabaqlayıcı tədbirlərin səmərəliliyinin artırılması məqsədilə aidiyyəti qurumların müştərək fəaliyyətinin vacibliyi, bu cür maarifləndirici tədbirlərin keçirilməsinin əhəmiyyəti vurğulanıb. Qarşıdan yay mövsümünün gəlməsi ilə əlaqədar meşə və yaşıllıq ərazilərdə yanğın hallarının baş verməməsi üçün kənd təsərrüfatı ilə məşğul olan sahibkarların, fermerlərin, meşə ətrafında yaşayan kənd sakinlərinin, heyvandarlıq və əkinçiliklə məşğul olan vətəndaşların odla ehtiyatlı davranmaları və yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl etmələri xüsusi qeyd edilib.

Sonda tədbir iştirakçıları adından meşəətrafı ərazilərdə yaşayan və təsərrüfat fəaliyyəti ilə məşğul olan vətəndaşlara ayıq-sayıq olmaları, yanğın hadisələri ilə bağlı dərhal əlaqədar qurumlara məlumat vermələri, meşəlik ərazilərdə nəzarətsiz yanğın mənbələri yaratmamaları barədə çağırış olunub.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 16:45

Gəncədə qəza olub, xəsarət alanlar var

Bütün xəbərlər
Bu gün, 16:14

Gəncədə 39 yaşlı qadın dəm qazından zəhərlənib

Bütün xəbərlər
Bu gün, 14:53

Gəncədə yük maşını 59 yaşlı qadını vuraraq öldürüb

Bütün xəbərlər
Bu gün, 14:37

"GDU bu il müsbət dinamika göstərdi"

Bütün xəbərlər
Bu gün, 13:49

Həftə sonu Gəncədə hava necə olacaq? - PROQNOZ

Bütün xəbərlər
Bu gün, 12:39

Tanınmış ekspert Gəncə məhkəməsində günahını etiraf edib

Bütün xəbərlər
Bu gün, 11:57

Polisə müqavimət göstərdi, həbs olundu

Bütün xəbərlər
Bu gün, 11:17

Gəncədə DƏHŞƏT: 72 yaşlı kişi avtomobilinin altında qalaraq öldü

Bütün xəbərlər
Bu gün, 10:57

Gəncədə 38 yaşlı qadın axtarılır

Bütün xəbərlər
Bu gün, 10:13

Göygöldə minik maşını yanıb

Bütün xəbərlər
Dünən, 18:21

Gəncədə "imtahan mafiyası" mühakimə olunur

Bütün xəbərlər
Dünən, 18:00

Küləkli hava ilə bağlı XƏBƏRDARLIQ

Bütün xəbərlər
Dünən, 17:21

Ümummilli Lider Heydər Əliyev Daşkəsəndə dərin ehtiramla anılıb

Bütün xəbərlər
Dünən, 16:36

Gəncədə 150-dən çox uşaq bağçada donur - İDDİA

Bütün xəbərlər
Dünən, 16:02

Son 10 ayda nikah və boşanma sayı məlum olub

Bütün xəbərlər
Dünən, 15:23

Ölkədə ölüm sayı dəyişməyib

Bütün xəbərlər
Dünən, 14:46

Sabah duman olacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 14:00

Gəncədə MKTİB işçiləri zibilləri ağacların dibində yandırdılar

Bütün xəbərlər
Dünən, 13:17

Gəncədə Ulu Öndər Heydər Əliyevin xatirəsi anılıb

Bütün xəbərlər
Dünən, 12:38

Bəzi Gəncə sakinləri yeni avtobusları zibilləyir

Bütün xəbərlər
Dünən, 12:04

Prezident və Birinci xanım Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər

Bütün xəbərlər
Dünən, 11:51

Gəncədə maşınlar toqquşdu, sürücülər yaralandı

Bütün xəbərlər
Dünən, 11:34

Gəncə xəsarət yetirməkdə şübhəli saxlanıldı

Bütün xəbərlər
Dünən, 10:35

Axtarışda olan şəxs məzarlıqda TUTULDU

Oxşar xəbərlər