Azərbaycan Premyer Liqasının X turu çərçivəsində "Turan Tovuz" səfər oyununda "Sumqayıt"ı məğlub edib.
Gencexeber.az məlumat verir ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilən matç tovuzluların 4:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Kurban Berdıyevin yetirmələrinin qələbəsi sayəsində xallarının sayını 21-ə çatdıran klub turnir cədvəlində 2-ci pilləyə yüksəlib.