Gəncədə dünyaya gələn körpə sosial mediada müzakirələrə səbəb olub. Bu haqda 9 sentyabr tarixində Baku TV-yə istinadən məlumat veririk.
Bir müddət öncə ginekoloqlardan biri “TikTok” sosial şəbəkəsində yeni doğulmuş körpənin videosunu paylaşıb. Həmin görüntülər çoxsaylı müzakirələrə səbəb olub. Həkim uşağın görünüşünün səbəbini açıqlayıb.
“Balacamız 2 kiloqram 400 qram çəkidə doğulub. Yəni çəkisi azdır. Sağlamlığında heç bir problem yoxdur. Çəkisi az olduğu üçün gözləri və dodaqları ön plana çıxır”, - deyə körpənin həkimi Aygün Altun bildirib.
Mama-ginekoloq, həmçinin qeyd edib ki, o, bütün yeni doğulmuş körpələri çəkir. Bunun üçün isə öncədən ailənin razılığını alır.