Gəncədə tamaşa nümayişi baş tutub. Bu haqda 11 iyul tarixində İcra Hakimiyyətinə istinadən məlumat veririk.
İrəvan Dövlət Azərbaycan Dram Teatrının aktyorları Nizami yurduna səfər ediblər. Onlar Gəncə Dövlət Dram Teatrının səhnəsində “Nurlu ömrün anları” tamaşasını oynayıblar. Tədbir Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə təşkil olunub.
Burada İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev, mədəniyyət işçiləri şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Tamaşa izləyicilər tərəfindən maraqla qarşılanıb.