Gəncədə dava ölümlə nəticələnib. Bu haqda Gencexeber.az-a 12 dekabr tarixində məlumat daxil olub.
Hadisə axşam saatlarında şəhər ərazisində baş verib. Dörd nəfər arasında baş vermiş mübahisə zamanı 42 yaşlı Əli Bayramov və 22 yaşlı oğlu Ayxan Bayramov tanışları, 28 yaşlı Niyazi Bayramov və onun 36 yaşlı qardaşı Kamal Bayramova bıçaq xəsarətləri yetiriblər. Buna cavab olaraq, Kamal "Vinçester" silahı ilə atəş açaraq Əli Bayramovu güllələyib.
Niyazi və Kamal xəstəxanaya yerləşdiriliblər. Həkimlərin səyinə baxmayaraq, Niyazi Bayramov vəfat edib.
Prokurorluq və polis əməkdaşları hadisə yerinə və meyitə baxış keçiriblər. Münaqişənin borca görə baş verdiyi bildirilir.
Faktla bağlı Gəncə şəhər Prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.