Müdafiə nazirinin müavini Türkiyənin Gəncə şəhərindəki Baş konsulu ilə görüş keçirib. Bu haqda Gencexeber.az 1 fevral tarixində Müdafiə Nazirliyinə (MN) istinadən xəbər verir.
MN-in Quru Qoşunlarının komandanı general-leytenant Ənvər Əfəndiyev Baş konsul Recep Öztopu yeni təyinatı ilə bağlı təbrik edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
Baş konsul öz növbəsində səmimi qəbula görə minnətdarlığını ifadə edib, ikitərəfli əməkdaşlıq əlaqələrinin bundan sonra da yüksələn xətlə inkişaf edəcəyinə əminliyini bildirib.
Görüşdə qarşılıqlı maraq doğuran mövzulara dair fikir mübadiləsi aparılıb.