Gəncəli şahmatçının rapid üzrə dünya çempionatında mübarizəsi başa çatıb. Bu haqda 29 dekabr tarixində Report-a istinadən məlumat veririk.
Qazaxıstanın Almatı şəhərində şahmatçılar arasında rapid üzrə dünya çempionatı yekunlaşıb. Qadınların mübarizəsində Nizami yurdunun yetirməsi Ülviyyə Fətəliyeva da iştirak edib. O, 1 qələbə, 2 məğlubiyyətlə yadda qalıb. Təmsilçimiz 5,5 xalla 45-ci yeri tutub.
Qeyd edək ki, bu gün, 29 dekabr tarixində blits üzrə dünya çempionatına start veriləcək. Mükafat fondu 1 milyon ABŞ dolları olan mundialda 258 qrossmeyster mübarizə aparır.