Gəncədə qripə qarşı peyvənd vurulur. Bu haqda 27 dekabr tarixində Kəpəz televiziyasına istinadən məlumat veririk.
Şəhər xəstəxanalarına verilən peyvənd 6 aylıq uşaqlardan ahıl yaşadək hər kəsə vurula bilər. Məqsəd insanlarda qripə qarşı immunitet yaratmaqdır. Vaksin vurulmuş insan infeksiyaya ya yoluxmur, ya da xəstəliyi yüngül formada keçirir.
Bildirilib ki, peyvənd hazırkı epidemioloji mövsümdə ən aktiv olan qrip virusunun 4 ştamına qarşı effektivdir. Vaksin mütləq olaraq tibb müəssisəsində və tibb işçisi tərəfindən vurulmalıdır.
Peyvəndin qoruyuculuq müddəti 6-8 aydır.