Gəncə sakini dövlət sərhədini pozmağa çalışıb. Bu haqda 13 sentyabr tarixində Apa-ya istinadən xəbər veririk.
Söhbət şəhər sakini Ramiz Ələddin oğlu Babayevdən gedir. O, “Xudat” sərhəd dəstəsinin Xaçmaz rayonunun Xanoba kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində Azərbaycan Respublikasından Rusiya Federasiyası istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərib.
Ramiz Babayev Dövlət Sərhəd Xidməti əməkdaşları tərəfindən saxlanılıb.